0
Saturday 13 February 2021 - 17:14

Ənsarullah: “ABŞ dövlət katibinin açıqlamaları Trampın səhvini göstərir”

Story Code : 916050
Ənsarullah: “ABŞ dövlət katibinin açıqlamaları Trampın səhvini göstərir”

Deyerler.org xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Tvitter səhifəsində, ABŞ dövlət katibinin Ənsarullah hərəkatına dair qərarlarının keçmiş ABŞ rəsmilərinin səhv olduğunu göstərdiyini söyləyərək, belə qeyd edib: “Blinkenin açıqlaması, keçmiş rəhbərliyin (Ənsarullahın adını qara siyahıya) qanunsuz iş kimi qoyduğunu vurğulayır, düşmənlərin və rəqiblərin Ənsarullahın vətənini və ölkənin suverenliyini qanuni şəkildə müdafiə etdiyinə şahid olduğunu təsdiqləyir.
 
Ənsarullah bu mövzuda ABŞ-ın sonuncu qərarına müsbət baxır, çünki bu əvvəlki qərarın nəticələrini Yəmən xalqı daşıyır. Yəmən ABŞ-ın bu ölkədəki pis davranışını dayandırmaq üçün yeni qərarlar gözləyir”.
 
ABŞ Dövlət Departamenti ötən gecə rəsmi olaraq Bayden hökumətinin əvvəlki hökumətin Yəmənin Ənsarullah hərəkatını qondarma terror təşkilatları siyahısına daxil edilməsinin ləğvi haqqında qərarın fevralın 16-dan etibarən həyata keçiriləcəyini bildirib.
 
ABŞ-ın dövlət katibi Entoni Blinken ABŞ-ın bu addımının Yəmənə humanitar yardım göstərilməsi üçün atıldığını bildirib.
 
Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın keçmiş administrasiyası, Yəmənə bitişik iki ölkə olan BƏƏ və Səudiyyə rejiminin tələblərinə uyğun olaraq, Ağ Evdəki iqtidarının son günlərində bəzi Ənsarullah liderlərini terror siyahısına salmışdı.
 
Comment