QR CodeQR Code

Lavrovla Kerri arasında telefon danışığı oldu

14 Feb 2021 00:53

İslamTimes: Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon söhbəti zamanı Paris İqlim Sazişinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Rusiyanın xarici işlər naziri ABŞ-ın yeni adminstrasiyasının Paris çoxtərəfli razılaşmasında iştiraka qayıtmaqla bağlı niyyətindən məmnunluğunu ifadə edib. Bundan əlavə, söhbət zamanı iqlim məsələləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.


Story Code: 916129

News Link :
https://www.islamtimes.org/az/news/916129/lavrovla-kerri-arasında-telefon-danışığı-oldu

Islam Times
  https://www.islamtimes.org