0
Sunday 14 February 2021 - 00:03

Tramp Kapitoliyə hücum edən tərəfdarlarını geri çağırmaqdan imtina edib - CNN

Story Code : 916134
Tramp Kapitoliyə hücum edən tərəfdarlarını geri çağırmaqdan imtina edib - CNN
Modern.az xəbər verir ki, bu iddia ilə CNN telekanalı çıxış edib.  
 
Mənbənin verdiyi məlumata görə, 6 yanvar - Kapitolidəki iğtişaşlar günü Donald Trampla Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Makkarti arasında gərgin telefon danışığı olub.

Telefon danışığı zamanı K. Makkarti D.Trampdan xahiş edib ki, o, tərəfdarlarına çağırış etsin və onları Kapitoli binasını tərk etməyə səsləsin. Lakin D.Tramp bunu etməkdən imtina edib.

Xatırladaq ki, ABŞ-da Donald Trampa qarşı “Qiyama təhrik” maddəsi üzrə ittiham irəli sürülüb.