QR CodeQR Code

Blinken: İranın nüvə silahına yiyələnməməsinin yeganə yolu diplomatiyadır!

إسلام تايمز , 14 Feb 2021 13:15

İslamTimes: ABŞ Dövlət katibinin yeni iddialarına görə, bu ölkə diplomatiya yolu ilə İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq...


ABŞ Dövlət katibi Toni Blinken Twitter-də yazıb: "İranla bağlı məsələlərdə xüsusi elçi Rob Malinin Dövlət Departamentində əla bir başlanğıc etməsindən çox məmnunam. Diplomatiya İranın nüvə silahına sahib olmaması üçün ən yaxşı yoldur."

O əlavə edib: "Əgər İran nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirərsə, biz və müttəfiqlərimiz də eyni addımı atacağıq. Biz daha geniş və daha güclü bir anlaşma ardıncayıq."

ABŞ Dövlət katibi daha öncə də ABŞ-ın HBFP sazişindən çıxmasına və öhdəliklərinə əməl etməməsinə işarə etmədən İranın öz öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Bir halda ki, İran tərəfi ABŞ bu sazişi tərk etdikdən sonra belə bir neçə il bütün öhdəliklərinə əməl edib!


Story Code: 916207

News Link :
https://www.islamtimes.org/az/news/916207/blinken-iranın-nüvə-silahına-yiyələnməməsinin-yeganə-yolu-diplomatiyadır

Islam Times
  https://www.islamtimes.org