QR CodeQR Code

Sionist rejim Əl-Xəlil şəhərinin küçələrinin adını dəyişir

Deyerler , 14 Feb 2021 17:42

İslamtimes - Sionist rejim İordan çayının qərb sahilinin bir hissəsini işğal altındakı ərazilərə ilhaq etmək məqsədilə Əl-Xəlil şəhərindəki küçələrin adını dəyişdirməyə başlayıb.



Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Qüdsdəki işğalçı rejimin səlahiyyətliləri, rejimin nəzarətində olan Əl-Xəlil şəhərinin bir hissəsindəki küçələrin adlarını dəyişdirməyə başlayıb.
 
Al-Quds al-Arabi qəzetinin yazdığına görə, Əl-Xəlilin qədim hissəsinin mərkəzindəki Caber məhəlləsinin adı “Yəhudi məhəllələri” olaraq dəyişdirilib.
 
Əl-Xəlil şəhər bələdiyyə rəhbəri Taysir Əbu Sina sionist rejimin hərəkətinin təhlükəsi barədə xəbərdarlıq edərək, belə deyib: “İşğalçı rejimin Əl-Xəlil şəhərinin mərkəzini yəhudiləşdirmək üçün davamlı səylərini qınayırıq. Bütün küçələrin, məhəllələrin və müqəddəs yerlərin ərəb adlarının qorunub saxlanması vacibdir. Bu, Ərəb, İslam və Fələstin kimliklərini göstərir. Beynəlxalq ictimaiyyət və UNESCO sionistlərin mədəni təcavüzünə qarşı təcili addımlar atmalıdır”.
 
Əl-Xəlil şəhər bələdiyyə rəhbəri sözlərinin davamında bunları qeyd edib: “Əl-Xəlil bələdiyyəsi İsrail rejiminin Ali Məhkəməsinə ərəb küçə lövhələrinin qaytarılması və Fələstin tarixində kökləri olan bu tarixi küçələrə hücum etməməsi üçün tələb göndərdi”.
 
Əl-Xəlil şəhərinin köhnə hissəsi 1967-ci ildən etibarən İsrail rejiminin nəzarəti altındadır və təxminən 400 sionist bu şəhərdə inşa edilmiş qanunsuz yaşayış yerlərində yaşayır.
 
600 mindən çox sionist isə, İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdəki qanunsuz yaşayış yerlərində yaşayır.
 


Story Code: 916239

News Link :
https://www.islamtimes.org/az/news/916239/sionist-rejim-əl-xəlil-şəhərinin-küçələrinin-adını-dəyişir

Islam Times
  https://www.islamtimes.org