0
Sunday 14 February 2021 - 23:29

Bayden hökumətindən İsrailə qəzəb dolu mesaj

Story Code : 916260
Bayden hökumətindən İsrailə qəzəb dolu mesaj
Sionist rejimin "Kanal 12" şəbəkəsi xəbər verib ki, ABŞ hökuməti İsrailə ciddi xəbərdarlıq edib. Rəsmi Vaşinqton Tel-Əvivdən xarici hava yollarına məxsus təyyarələrin sionist rejim hava limanlarına enmə qadağasını ləğv etməsini tələb edib. ABŞ bildirib ki, sionist rejim bu qərarından imtina etməsə, İsrail təyyarələrinə ABŞ hava limanlarına enmə icazəsi verilməyəcək!

Qeyd edək ki, sionist rejim bir müddət öncə koronavirusla bağlı üçüncü dalğa səbəbindən karantin rejimini uzadıb və ABŞ da daxil olmaqla xarici şirkətlərin sionist rejim hava limanlarına enməsini yasaqlayıb. Bu səbəbdən xaricdə olan sionistlərin işğal olunmuş Fələstin ərazilərinə gətirilməsi imkansız olub. ABŞ əyalətlərində olan israillilərin də İsrailə dönüşü bu səbəbdən baş tutmur!