QR CodeQR Code

Baydenə yaxınlaşmaq istəyən silahlı qadın saxlanıldı

15 Feb 2021 08:58

İslamTimes: ABŞ-ın p​​​​olis əməkdaşları Ağ Ev yaxınlığında maşınında doldurulmuş tapança aşkarlanan qadını saxlayıblar.


Teleqraf.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Fox News” telekanalı bildirib.

Polis əməkdaşlarının dediyinə əsasən, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsi vasitəsilə ABŞ prezidenti iqamətgahının hasarlanmış ərazisinə girməyə çalışıb. O, iddia edib ki, guya Amerika lideri Cozef Baydenə hansısa yazılı müraciəti verməyə hazırlaşır.

Asayiş keşikçiləri onun Ağ Ev yaxınlığında yerləşən avtomobilində axtarış zamanı tapança aşkarlayıblar. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib. O, qeydiyyatsız silah gəzdirmə səbəbindən saxlanılıb və ABŞ dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi Xidmətinə verilib.


Story Code: 916300

News Link :
https://www.islamtimes.org/az/news/916300/baydenə-yaxınlaşmaq-istəyən-silahlı-qadın-saxlanıldı

Islam Times
  https://www.islamtimes.org