QR CodeQR Code

İran və Rusiya Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər

15 Feb 2021 08:19

İslamTimes: İran və Rusiya Hind okeanında birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar.


“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusu komandanının müavini admiral Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ilə ikinci birgə təlimdir. Təlimlərin məqsədi Hind okeanının şimalında təhlükəsizliyin davamlılığını təmin etməkdir.

“Rusiya HDQ-nin güclü qüvvələri, İran ordusu və İİKK-nın birgə təlimləri açıq mesajdır. Ölkəmiz inqilabdan bəri bir çox təhlükələrlə üzləşib. Düşmənlərimiz bizə qarşı planlar hazırlayırdılar”, - o deyib.

Təlimlər bir ay ərzində başlanacaq.

Bundan əvvəl, 2019-cu il 27-29 dekabr tarixlərində Hind okeanının şimalında və Fars körfəzində İran, Rusiya və Çinin birgə təlimləri keçirilib.


Story Code: 916301

News Link :
https://www.islamtimes.org/az/news/916301/iran-və-rusiya-hind-okeanında-birgə-hərbi-təlimlər-keçirəcəklər

Islam Times
  https://www.islamtimes.org