QR CodeQR Code

İsrail Dəməşqin ətrafını hədəfə almaq istədi, ama...

15 Feb 2021 09:50

İslamTimes: İşğalçı İsrail ötən gecə işğal edilən Colan Yüksəkliklərindən Suriya paytaxtı Dəməşqin ətrafını raketlərlə hədəfə alıb.


SalamNews bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir.

Bildirilib ki, ölkənin havadan müdafiə sistemləri işğalçı İsrailin raketlərinin çoxunu səmada ikən zərərsizləşdirib.

Bu hücumun tələfat və ziyanları barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, İsrail bu hücumları işğal etdiyi Colan Yüksəkliklərindən həyata keçirib. İsrail Suriya ərazisində İrana tabe olan qüvvələri, Hizbullaha aparılan silahları, özü üçün “təhlükə” yaradan Suriyadakı digər qüvvələri hədəfə aldığını bildirir.


Story Code: 916326

News Link :
https://www.islamtimes.org/az/news/916326/israil-dəməşqin-ətrafını-hədəfə-almaq-istədi-ama

Islam Times
  https://www.islamtimes.org