0
Monday 15 February 2021 - 10:55

Livan Prezident Ofisi Səid Həririni ittiham etdi

Story Code : 916331
Livan Prezident Ofisi Səid Həririni ittiham etdi
Prezident ofisindən verilən yazılı açıqlamada bildirilir ki, Səid Həririnin atası Rafiq Həririnin öldürülməsinin ildönümü ilə bağlı keçirilən tədbirdə etdiyi çıxış öz uğursuzluqlarının üstünü örtmək cəhdidir.

Bundan əlavə Səid Həririnin açıqlamalarının konstitusiyaya zidd olduğu da diqqətə çatdırılıb. "Səid Həriri Livan konstitusiyasına və siyasi ənənələrinə zidd olaraq yeni hökumət qurmağa çalışır. Xalqın və konsultasiyanın iradəsinə zidd hərəkət edir", - deyə yazılı açıqlamada diqqətə çatdırılıb.

Xatırladaq ki, Beyrut limanında baş verən partlayış səbəbilə istefa verən Həsən Diabdan sonra bu vəzifəyə təyin olunan Səid Həriri artıq 4 aydır Livanda yeni hökuməti qura bilmir. /Eastnews/