0
Monday 15 February 2021 - 11:10

İran Kəşfiyyatı nüvə alimin terrora məruz qalması ilə bağlı yeni detalları açıqlayıb

Story Code : 916336
İran Kəşfiyyatı nüvə alimin terrora məruz qalması ilə bağlı yeni detalları açıqlayıb
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

Nazir agentliyə verdiyi müsahibədə bildirib ki, ölkənin Silahlı Qüvvələrinin kənarlaşdırılmış sabiq bir işçisi bu terrorun əsas tədarükçüsü hesab edilir.

M.Ələvi bildirib ki, bu şəxs ölkə xaricindədir və təqib edilir.

Qeyd edək ki, İran, 2020-ci ilin noyabr ayının 27-də terror edilən nüvə alimi Möhsün Fəxrizadənin işi ilə bağlı bir neçə şəxsin ələ keçdiyini bildirib.