QR CodeQR Code

Ərdoğan: ABŞ terrorçulara açıq-aşkar dəstək verir!

15 Feb 2021 17:09

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü bildirib ki, Amerika açıq şəkildə PKK və YPG kimi qrupları dəstəkləyir!


Daily Sabah qəzetinin yazdığına görə Ərdoğan deyib: “ABŞ-ın İraqda PKK tərəfindən Türk vətəndaşlarının öldürülməsi ilə bağlı açıqlaması gülüncdür. Onlar PKK terrorçularını dəstəkləmədiklərini iddia etsələr də biz onların terrorçuların yanında olduğunu bilirik!."

Ərdoğan əlavə edib: "NATO-dakı qlobal birliyimizi və müttəfiqliyimizin qorunub saxlanılmasını istəyirsinizsə, terrorçuları dəstəkləməyi dayandırmalısınız. İraqda şəhid olan günahsız insanların qanı PKK terrorçularını dəstəkləyənlərin ayağındadır..."


Story Code: 916407

News Link :
https://www.islamtimes.org/az/news/916407/ərdoğan-abş-terrorçulara-açıq-aşkar-dəstək-verir

Islam Times
  https://www.islamtimes.org