QR CodeQR Code

Yəmən Ciddə və Abha hava limanlarına hücum etdi

إسلام تايمز , 15 Feb 2021 17:43

İslamTimes: Yəmən ordusu Səudiyyə Ərəbistanının Ciddə və Abha beynəlxalq hava limanlarına PUA-larla hücum edib


Yəmən Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Səri bildirib ki, Yəmən ordusu bu gün (15 fevral, bazar ertəsi) Səudiyyə Ərəbistanının Abha və Ciddə hava limanlarına hücum əməliyyatlarını bərpa edib. Yəmən ordusunun Dronları bu iki hava limanındakı hədəflərə dəqiq zərbələr endiriblər.

Əl-Mayadin xəbər saytının verdiyi məlumata görə, Yəmən ordusu bu əməliyyatları Səudiyyə rejiminin hərbi təcavüz və mühasirəsinin daha da şiddətlənməsinə hüquqi cavab olaraq həyata keçirib.

Yəmənin "Əl-Elam əl-Hərbi" media qrupu da generalın Yəhya Sərinin sözlərini sitat gətirərək bildirib: "Allahın lütfü ilə Yəmən PUA-ları bu səhər Ciddə və Abha beynəlxalq hava limanlarını "Səmad3" və "Qasif2K" raketləri ilə hədəf alıb. Bu hücumlar tam dəqiqliklə həyata keçirilib və hava limanlarının saatlarla bağlanmasına səbəb olub..."


Story Code: 916411

News Link :
https://www.islamtimes.org/az/news/916411/yəmən-ciddə-və-abha-hava-limanlarına-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org