0
Monday 15 February 2021 - 20:43

Rusiya: ABŞ İrana qarşı sanksiyaları ləğv etməklə bağlı açıq mesajlar versin

Story Code : 916440
Rusiya: ABŞ İrana qarşı sanksiyaları ləğv etməklə bağlı açıq mesajlar versin
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-İran münasibətləri ilə bağlı mesajda bildirib: "Biz rəsmi Vaşinqtonun İrana qarşı saksiyaların ləğvi ilə bağlı daha açıq mesaj verməsini istəyirik. Tehranı da öz növbəsində nüvə razılaşması məsələsində təmkinli və məsuliyyətli olmağa çağırırıq."

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel Moskvada olduğu zaman Rusiya tərəfi bildirmişdi ki, Co Bayden hakimiyyətinin İranla nüvə sazişini bərpa etməsinə yardım etməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyi, ABŞ-ın HBFP sazişinə geri dönəcəyi təqdirdə İranın da 2015-ci il nüvə anlaşmasında qeyd olunan öhdəliklərə yenidən əməl etməsinin zəruriliyini vurğulayıb.