QR CodeQR Code

Bu, ABŞ-ın terrorizmə dəstəyidir - AKP

15 Feb 2021 21:40

İslamTimes: PKK vətəndaşlarımızı qətlə yetirdiyi zaman qatilin adını çəkməmək üçün səy göstərirlər. Bu münasibət terrorla mübarizə deyil, terrorizmə dəstəkdir.


Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

"İttifaq münasibətlərinə tamamilə qarşı çıxan bu açıqlama utancverici bir yanaşmadır. PKK-ya silah verərkən ünvanlarını bilənlər PKK-nın törətdiyi qırğınlar zamanı ünvanı tanımırlar", - Çelik deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Türkiyədə 13 mülki vətəndaşı qətlə yetirən PKK-nı müdafiə xarakterli açıqlama yayıb.


Story Code: 916446

News Link :
https://www.islamtimes.org/az/news/916446/bu-abş-ın-terrorizmə-dəstəyidir-akp

Islam Times
  https://www.islamtimes.org