QR CodeQR Code

Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölüb

16 Feb 2021 07:57

İslamTimes: Yunanıstanda 85 yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra dünyasını dəyişib.


APA yerli “ERT” telekanalına istinadən xəbər verir ki, hadisə “Heraklion” Universitetinin xəstəxanasında baş verib.

Peyvəndin hansı ölkə istehsalı olduğu açıqlanmasa da bundan öncəki xəbərlərdə Yunanıstanın ABŞ-ın Moderna və Pfizer vaksinlərindən istifadə etdiyi bildirilmişdi.

Həkimlər israrla bildirib ki, qocanın ölümü peyvəndlə əlaqəli olmayıb.

Pasiyent peyvənddən sonra gözləmə otağında anidən yıxılıb. Onun ürək tutmasından özündən getməsi bildirilir. Reanimasiya şöbəsinə köçürülənədək ikinci ürəktutması baş verib və o, dünyasını dəyişib.

Ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün xəstəxana rəhbərliyi təcili məhkəmə ekspertizasını tələb ediblər.


Story Code: 916503

News Link :
https://www.islamtimes.org/az/news/916503/yunanıstanda-yaşlı-kişi-peyvənd-olunduqdan-8-dəqiqə-sonra-ölüb

Islam Times
  https://www.islamtimes.org