0
Tuesday 16 February 2021 - 07:57

Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölüb

Story Code : 916503
Yunanıstanda yaşlı kişi peyvənd olunduqdan 8 dəqiqə sonra ölüb
APA yerli “ERT” telekanalına istinadən xəbər verir ki, hadisə “Heraklion” Universitetinin xəstəxanasında baş verib.

Peyvəndin hansı ölkə istehsalı olduğu açıqlanmasa da bundan öncəki xəbərlərdə Yunanıstanın ABŞ-ın Moderna və Pfizer vaksinlərindən istifadə etdiyi bildirilmişdi.

Həkimlər israrla bildirib ki, qocanın ölümü peyvəndlə əlaqəli olmayıb.

Pasiyent peyvənddən sonra gözləmə otağında anidən yıxılıb. Onun ürək tutmasından özündən getməsi bildirilir. Reanimasiya şöbəsinə köçürülənədək ikinci ürəktutması baş verib və o, dünyasını dəyişib.

Ölümün dəqiq səbəblərini müəyyənləşdirmək üçün xəstəxana rəhbərliyi təcili məhkəmə ekspertizasını tələb ediblər.