QR CodeQR Code

İran XİN rəhbəri: "İranın aktiv diplomatiyası irəliləyir"

16 Feb 2021 11:15

İslamTimes: İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Tvitter" sosial media hesabından gündəmə dair açıqlamalar verib.


Zərif açıqlamasında "İranın aktiv diplomatiyası irəliləyir. Son həftələrdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits, İraq Xarici İşlər naziri Fuad Hüseyn və bu gün Qətər Xarici İşlər naziri Məhəmməd ibn Əbdürrəhman əs-Sani ilə görüşdük", - deyib.
XİN rəhbəri, həmçinin "İran, Türkiyə və Rusiya xarici işlər nazirləri müavinləri Astana prosesini irəlilətmək üçün çərşənbə axşamı Soçidə bir araya gələcək. Prioritet regiondur", - deyə bildirib.
Suriyada məsələsilə əlaqədar Soçi görüşü 16-17 fevral tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək.
Astana prosesi İran, Rusiya və Türkiyə arasındakı Suriya böhranını bitirmək üçün keçirilir. /Eastnews/

 


Story Code: 916541

News Link :
https://www.islamtimes.org/az/news/916541/iran-xin-rəhbəri-iranın-aktiv-diplomatiyası-irəliləyir

Islam Times
  https://www.islamtimes.org