0
Monday 3 August 2009 - 13:13

MÜNAQİŞƏ ÇÖZÜLMƏZSƏ, HƏRBİ VƏZİYYƏTİN YARANMASI QAÇILMAZDIR

Story Code : 9166
MÜNAQİŞƏ ÇÖZÜLMƏZSƏ, HƏRBİ VƏZİYYƏTİN YARANMASI QAÇILMAZDIR
Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov dünən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Görüşdə iki ölkənin hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. 

Səfər Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirə layiqdir və ümidvericidir. Bununla yanaşı o qeyd edib ki, münaqişə dinc şəkildə həll edilmədiyi halda hərbi vəziyyətin yaranacağı qaçılmazdır.
Source : Anspress.com
Comment