QR CodeQR Code

MÜNAQİŞƏ ÇÖZÜLMƏZSƏ, HƏRBİ VƏZİYYƏTİN YARANMASI QAÇILMAZDIR

Anspress.com , 3 Aug 2009 13:13

Bunu Səfər Əbiyev Rusiya müdafiə naziri ilə görüşdə deyib.


Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov dünən Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Görüşdə iki ölkənin hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. 

Səfər Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirə layiqdir və ümidvericidir. Bununla yanaşı o qeyd edib ki, münaqişə dinc şəkildə həll edilmədiyi halda hərbi vəziyyətin yaranacağı qaçılmazdır.


Story Code: 9166

News Link :
https://www.islamtimes.org/az/news/9166/münaqişə-çözülməzsə-hərbi-vəziyyətin-yaranmasi-qaçilmazdir

Islam Times
  https://www.islamtimes.org