0
Wednesday 17 February 2021 - 09:24

Rusiya və Pakistan silah tədarükünə dair müqavilə imzalayıblar

Story Code : 916724
Rusiya və Pakistan silah tədarükünə dair müqavilə imzalayıblar
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pakistan Ordusunun Baş Qərargah rəisi general Kamar Caved Bacva öz açıqlamasında deyib.

Bu barədə o, Pakistanda sona çatan beynəlxalq AMAN-2021 hərbi təlimləri zamanı çıxışında elan edib. Rusiya Hərbi-Texniki Əməkdaşlıq Xidməti bu barədə hələlik açıqlama verməyib.

General son illərdə Pakistanın Rusiyadan “Mi-35” döyüş helikopterləri aldığını da xatırladıb.