0
Wednesday 17 February 2021 - 10:15

Ağ Ev: Növbəti kütləvi atışma...

Story Code : 916733
Ağ Ev: Növbəti kütləvi atışma...
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Bu administrasiya növbəti kütləvi atışmanı gözləməyəcək. Biz elə qərarlar qəbul etmək istəyirik ki, silahla zorakılıq epidemiyasına son qoysun və məktəbləri və icmaları daha təhlükəsiz etsin”, - deyə Psaki bildirib.

Qeyd edək ki, son günlər ABŞ-ın müxtəlif ştatlarında odlu silahlarla törədilən cinayətlərin sayı artıb. Bu kimi hadisələr ABŞ hökumətini odlu silahların daşınması, saxlanılması və alqı-satqısı ilə bağlı qanunvericiliyə yenidən baxmağa sövq edir.