QR CodeQR Code

Ağ Ev: Növbəti kütləvi atışma...

17 Feb 2021 10:15

İslamTimes: ABŞ odlu silahlar üzərində nəzarət prezident Co Bayden üçün prioritet təşkil edən məsələdir.


Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Bu administrasiya növbəti kütləvi atışmanı gözləməyəcək. Biz elə qərarlar qəbul etmək istəyirik ki, silahla zorakılıq epidemiyasına son qoysun və məktəbləri və icmaları daha təhlükəsiz etsin”, - deyə Psaki bildirib.

Qeyd edək ki, son günlər ABŞ-ın müxtəlif ştatlarında odlu silahlarla törədilən cinayətlərin sayı artıb. Bu kimi hadisələr ABŞ hökumətini odlu silahların daşınması, saxlanılması və alqı-satqısı ilə bağlı qanunvericiliyə yenidən baxmağa sövq edir.


Story Code: 916733

News Link :
https://www.islamtimes.org/az/news/916733/ağ-ev-növbəti-kütləvi-atışma

Islam Times
  https://www.islamtimes.org