0
Sunday 14 August 2011 - 05:00

MTN-nin bəyanatı tarixə yazıldı

Story Code : 91674
MTN-nin bəyanatı tarixə yazıldı
MTN-nin bəyanatı tarixə yazıldı
Vəkil Elçin Namazov islam-azeri.az saytının baş redaktoru Ramin Bayramovun həbsini ciddi qanun pozuntusu hesab edir.
Vəkilin “Turan”a daxil olan açıqlamasında deyilir ki, Bayramovun üzərində və evində aparılan axtarışın nəticələrinə dair protokol saxtalaşdırılıb. O, Ramazan ayında dindar şəxsin narkotik maddə saxlamaqda ittiham olunmasını absurd hesab edir və bunu nəinki “qanunsuzluq, həm də əxlaqsızlıq” kimi qiymətləndirir.
Vəkil eyni zamanda MTN-in səviyyəsiz bir quruma çevrildiyinin sübut edildiyini vurğulayaraq bu qurumu kəskin tənqid edib. Belə ki, qurum milli təhlükəsizlik məsələlərilə məşğul olmaq əvəzinə vətəndaşların cibinə narkotik maddə atmaqla xüsusi xidməti gözdən salır. Bundan əlavə, cinayət-prosessual qanunvericiliyə görə, bu kimi hallarda cinayət işini MTN yox, polis idarələri aparmalıdır.
Namazov Bayramovun həbsilə bağlı MTN-in “əməliyyatını” “böhtan” adlandırıb və bildirib ki, yaxın günlərdə bunu sübut edəcək.
Ötən gün MTN islam-azeri.az saytının baş redaktoru Ramin Bayramovun, “Cəfəri” dini qrupunun rəhbəri Abgül Süleymanovun və İslam Partiyası sədrinin müavini Arif Qəniyevin həbs olunduğunu bildirib. Onlar CM-in 228.1-ci (qanunsuz silah və hərbi sursat saxlamaq) və 234.1-ci (qanunsuz narkotik maddə saxlamaq) maddələri ilə ittiham olunurlar. /Azad.az/
Comment