0
Wednesday 17 February 2021 - 13:14

Ayətullah Xamenei Təbrizlilərə müraciət edib

Story Code : 916778
Ayətullah Xamenei Təbrizlilərə müraciət edib
SalamNews İSNA-a istinadla xəbər verir ki, Ayətullah Seyid Əli Xamenei 1978-ci il Təbriz qiyamının ildönümü münasibətilə təbrizliləri təbrik edib.

Ayətullah Xamenei çıxışının bir hissəsində deyib:

“Azərbaycan tarixi-siyasi proseslərin və cərəyanların həyata keçdiyi torpaqdır. Mərhum Şirazinin “Tənbəki” fətvasından bu yana, məşrutə dövründə və sair dövrlərdə Azərbaycan düşmənlərin qarşısında həmişə İranın möhkəm qalası olub. Əgər Təbrizin və Azərbaycan camaatının müqaviməti olmasaydı, Sovet İmperiyasının təcavüzləri ölkənin içərilərinə qədər gələrdi. Təbrizin iki əsas dəyişməz kimliyi olub. Biri islama dərindən bağlılıq, ikincisi isə İranla bağlı qeyrəti. Ona görə parçalanmanın və separatçılığın qarşısında durur. 1342-ci hicri-şəmsi ilində - yəni inqilabi hərəkatın başlandığı zamanda Təbrizin üç alimi həbs edildi. Ondan sonra da inqilabın ərsəyə gəlməsində saysız tanınmış şəxsiyyətlər rol aldı. İndi bu tarix unudulmamalıdır. Azərbaycanın tarixini düzgün nəql etməmək, İranın tarixini nöqsanlı şəkildə deməkdir. İmam Xomeyni o zaman Təbrizlilərin qiyamı haqda çıxış etdi və Azərbaycan xalqının üç xüsusiyyətini belə qeyd etdi; Şücaət, qeyrət və dini inanc. Təbriz camaatı yaradıcılıq nümayiş etdirib, Qum şəhərinin şəhidlərinə qırx mərasimləri keçirdilər. Mənim fikrimcə əgər təbrizlilərin bu şücaətli addımı olmasaydı, Qumda 19 dey tarixində törədilən qanlı qətliam unudulardı. Təbriz camaatı Qum camaatının hərəkatının unudlmasına imkan vermədi. İslam İnqilabı baş tutandan sonra da Təbriz camaatı öz rolunu oynadı və İranın parçalanmasına imkan vermədilər. Təbrizlilər 1388-ci ilin (2009) hadisələrində də ölkənin bütün regionlarından bir gün tez meydana çıxdılar və fitnə-fəsadı zərərsizləşdirdilər."