QR CodeQR Code

Ənsarullahdan ABŞ-a: “Siyasi danışıqlara çağıran bizik”

Deyerler , 17 Feb 2021 14:45

İslamtimes - Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun sədri Məhəmməd Əbdüs-Salam Yəmən qüvvələrinin irəliləməsini və Səudiyyə rejiminə qarşı hərbi əməliyyatların dayandırılmasını tələb edən ABŞ Dövlət Departamentinə reaksiya verib.



Deyerler.org-un verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının sözçüsü olan Məhəmməd Əbdüs-Salam deyib ki, Səudiyyə rejiminin atəşi və Yəmənə qarşı müharibəsi altında siyasi proses irəliləyə bilməyəcək.
 
“Tam və əhatəli atəşkəsdən və mühasirənin götürülməsindən sonra konstruktiv və uğurlu siyasi danışıqlara çağıran bizik. Keçmiş təcrübələrimizə əsaslanaraq, atəş və mühasirə şəraitində heç bir siyasi proses hər hansı uğur qazanmayacaq. Təcavüzkar düşmənçiliyinə və hücumlarına son qoymalı və Yəmənin mühasirəsini qaldırmalıdır və biz bu məsələni müsbət yanaşma ilə həll etməyə hazırıq”, - deyə Əbdüs-Salam bildirib.
 
Xatırladaq ki, ABŞ Dövlət Departamenti dünən (16 fevral) Sənada yerləşən Milli Qurtuluş Hökumətinin bir hissəsi olan Yəmənin Ənsarullah hərəkatını xarici terror təşkilatları siyahısından rəsmən çıxardığını elan etmişdi.
 


Story Code: 916790

News Link :
https://www.islamtimes.org/az/news/916790/ənsarullahdan-abş-a-siyasi-danışıqlara-çağıran-bizik

Islam Times
  https://www.islamtimes.org