QR CodeQR Code

Qondarma rejimdən Qarabağdakı ermənilərlə bağlı qərar

Report , 17 Feb 2021 14:48

İslamtimes -Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin qalıqları orada yaşayan dinc erməniləri cəzalandırmağa başlayıb.



“Report” xəbər verir ki, qondarma rejimin “Baş Prokurorluğu” İkinci Qarabağ müharibəsində satqınlıqla bağlı cinayət işi açıb.
 
Cinayət işi ictimai təşkilatların döyüşlər zamanı bir qrup sakinin qarşı tərəfə yardım etməsi ilə bağlı məlumatları əsasında başlanılıb.
 
Qondarma rejimin “İstintaq Komitəsi”nə göndərilən iş “Cinayət Məcəlləsi”nin “dövlətə xəyanət” maddəsi ilə araşdırılır.
 
Qarabağdakı mülki ermənilərin qanunsuz və əsassız cəzadan qaçmaları üçün bir yolları var: kütləvi formada Azərbaycan vətəndaşlığını qəbul etdiklərini və Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarını bəyan etmək. Azərbaycan dövləti digər vətəndaşlar kimi, heç bir cinayətdə əli olmayan mülki ermənilərin də təhlükəsizliyini təmin edəcək.
 


Story Code: 916792

News Link :
https://www.islamtimes.org/az/news/916792/qondarma-rejimdən-qarabağdakı-ermənilərlə-bağlı-qərar

Islam Times
  https://www.islamtimes.org