0
Wednesday 17 February 2021 - 17:08

Səudiyyə müxalifətiçisi: “Xalq Bin Salmandan xilas olmaq üçün ayağa qalxmalıdır”

Story Code : 916819
Səudiyyə müxalifətiçisi: “Xalq Bin Salmandan xilas olmaq üçün ayağa qalxmalıdır”
Ət-Tacamu əl-Vatani müxalif partiyasının mətbuat katibi Madaui ər-Rəşid, Ərəbistan xalqı susarsa, bu ölkədəki hakim rejim insanları qorxutmaq üçün hərəkətlərinə davam edəcəyini söyləyib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, ər-Rəşid, ABŞ-ın keçmiş prezidentlərinin Səudiyyə rejimi ilə keçmiş təcrübəsinə toxunan, ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyətə gəlməsi ilə Səudiyyə xalqına qarşı ondan müsbət addımlar gözləməyin əbəs olduğunu söyləyib. Əlavə olaraq, keçən bazar Səudiyyə rejiminin müxalif sosial media fəalları, "Səudiyyə rejimini devirmək" heşteqi təbliğ edərək kampaniya keçirib. Səudiyyə rejimin müxalif fəalları bu kampaniya müddətində Səudiyyə rejiminin rəsmilərinin insan haqları pozuntuları, zülm və korrupsiya hallarına işarə edərək, ciddi iqtisadi problemləri, ölkədəki büdcə kəsirlərinin illik artımını, tənəzzül və işsizliyi tənqid edib.