QR CodeQR Code

Rusiya işğalçı İsrailə xəbərdarlıq etdi!

إسلام تايمز , 17 Feb 2021 22:01

İslamTimes: KİV yüksək səviyyəli Rusiya rəsmisinin sionist rejimə Suriyaya davam edən hava hücumlarının nəticələri barədə xəbərdarlıq etdiyini bildirib.


“InterFax”ın verdiyi xəbərə görə, Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev İsrail rejiminə xəbarlıq edərək bildirib ki, sionist rejimin Suriyaya davam edən hava hücumları rəsmi Dəməşqin cavab tədbirləri görməsinə və nəticədə yeni gərginlik yaranmasına səbəb ola bilər.

Sionist qüvvələr uzun müddətdir Suriyanın hava məkanını pozaraq müxtəlif bəhanələrlə Suriyanın bəzi bölgələrinə hücumlar təşkil edir.

Suriyanın rəsmi xəbər agentliyi bazar ertəsi günü Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemlərinin İsrailin Dəməşq ətrafındakı ərazilərə raket hücumlarına cavab verdiyini bildirib. Sana xəbər agentliyi, Suriya ordusunun Hava Hücumundan Müdafiə Sisteminin sionist rejimin raketlərini zərərsizləşdirdiyini bildirib.


Story Code: 916859

News Link :
https://www.islamtimes.org/az/news/916859/rusiya-işğalçı-israilə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org