0
Wednesday 17 February 2021 - 22:01

Rusiya işğalçı İsrailə xəbərdarlıq etdi!

Story Code : 916859
Rusiya işğalçı İsrailə xəbərdarlıq etdi!
“InterFax”ın verdiyi xəbərə görə, Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev İsrail rejiminə xəbarlıq edərək bildirib ki, sionist rejimin Suriyaya davam edən hava hücumları rəsmi Dəməşqin cavab tədbirləri görməsinə və nəticədə yeni gərginlik yaranmasına səbəb ola bilər.

Sionist qüvvələr uzun müddətdir Suriyanın hava məkanını pozaraq müxtəlif bəhanələrlə Suriyanın bəzi bölgələrinə hücumlar təşkil edir.

Suriyanın rəsmi xəbər agentliyi bazar ertəsi günü Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemlərinin İsrailin Dəməşq ətrafındakı ərazilərə raket hücumlarına cavab verdiyini bildirib. Sana xəbər agentliyi, Suriya ordusunun Hava Hücumundan Müdafiə Sisteminin sionist rejimin raketlərini zərərsizləşdirdiyini bildirib.