QR CodeQR Code

İngiltərə Səudiyyə rejiminə silah satılmasında israrlıdır!

إسلام تايمز , 17 Feb 2021 22:50

İslamTimes: İngiltərənin Yəmən səfiri (hazırda Yəməndə olmayan) Mişel Aron Səudiyyə Ərəbistanına silah satışının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.


Əl-Cəzirə telekanalına müsahibəsi zamanı Mişel Aron deyib: "Səudiyyə Ərəbistanı İngiltərənin müttəfiqidir. Onların silaha ehtiyacı olduğu zaman İngiltərədən silah ala bilərlər. Yeni ABŞ hökumətinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışını dayandırması yanlış qərardır. Səudiyyə Ərəbistanına silah satılmaması Yəməndəki böhranın həllinə kömək etməyəcək."

Bütün bu sözlərə baxmayaraq İngiltərənin Yəmən səfiri rəsmi Londonun ABŞ-ın yeni rəhbərliyinin Yəmənlə bağlı siyasətini alqışladığını qeyd edib.

İngiltərənin Yəməndəki səfiri daha sonra Səudiyyə koalisiyasının Yəmənə qarşı amansız hücumlarına, illərdir Yəmən xalqına qarşı qeyri-insani mühasirədən bəhs etmədən deyib ki, "husilər" müharibəyə son qoymaq niyyətində olduqlarını sübut etməlidir.

Yəmən qüvvələrinin İrana bağlı olduğunu iddia edən səfir bildirib ki, husilərə müharibəni dayandırmaq məqsədilə təzyiq etmək üçün İranın müsbət roluna ehtiyac var...


Story Code: 916863

News Link :
https://www.islamtimes.org/az/news/916863/ingiltərə-səudiyyə-rejiminə-silah-satılmasında-israrlıdır

Islam Times
  https://www.islamtimes.org