0
Wednesday 17 February 2021 - 23:44

Ənsarullah: Onlar Vaşinqtonun yaşıl işığı olmadan addım atmır!

Story Code : 916875
Ənsarullah: Onlar Vaşinqtonun yaşıl işığı olmadan addım atmır!
Yəmənin Ənsarullah Müqavimət Hərəkatının liderlərindən olan Məhəmməd Əli əl-Husi bildirib ki, Səudiyyə Ərəbistanı və BƏƏ Vaşinqtonun yaşıl işığı, ABŞ-ın əmri olmadan hərəkət etmirlər. Bu səbəbdən Yəmən xalqının başına gələn müsibətlərin əsas səbəbkarı məhz Amerikadır.

Məhəmməd Əli əl-Husi əlavə edib:

"ABŞ sülh göyərçini deyil. Bu ölkə xalqımızın faciə ilə üzləşməsinə səbəb olan Yəmənə qarşı təcavüz cəbhəsinin komandiridir. Millətimiz Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və koalisiya ölkələrini işğalçı, millətimizi qətliam etmək üçün silah göndərən tərəflər kimi qəbul edir!
Avropa Birliyi, Yəməni işğal edən koalisiya qüvvələrinin bütün iştirakçılarını qınayan açıq bir qərar qəbul etdi. ABŞ prezidenti Co Bayden də əvvəlki ABŞ rəhbərliyinin (Tramp administrasiyası) qərarını ləğv etmək üçün addımlar atmalır!"