0
Thursday 18 February 2021 - 00:31

İran Parlamentinin nümayəndə heyəti XİN rəhbəri və Milli Məclisin sədri ilə görüşüb (FOTO)

Story Code : 916877
İran Parlamentinin nümayəndə heyəti XİN rəhbəri və Milli Məclisin sədri ilə görüşüb (FOTO)
SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi tvitter səhifəsində paylaşım edib.

Nazir bildirib ki, İran Parlamentinin nümayəndə heyətilə görüş zamanı qarşılıqlı münasibətlər, əlaqələrin möhkəmələndirilməsi və tərəfləri maraqlandıran sair məsələlər müzakirə edilib.

Əlavə edək ki, Fevralın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə İran Parlamentinin nümayəndə heyəti bu görüşlərdən sonra Naxçıvana yola düşüb.