QR CodeQR Code

Ərdoğan Türkiyədə karantin məhdudiyyətlərinin tədricən ləğv ediləcəyini açıqlayıb

18 Feb 2021 10:49

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin tədricən azaldığını açıqlayıb.


Ərdoğan tədbirlərin yumşaldılmasının mart ayında başlayacağını qeyd edib.

SalamNews -un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda Türkiyədə 21:00-dan 5:00-a qədər komendant saatı tətbiq olunur. Ölkədə gecə klubları və digər əyləncə müəssisələri bağlanıb, iaşə obyektləri yerində xidmət göstərmir.

Ərdoğanın sözlərinə görə, ölkədə yoluxma riskinə görə 4 fərqli bölgə olacaq. Hər bölgəyə uyğun olaraq qərarlar qəbul ediləcək.


Story Code: 916902

News Link :
https://www.islamtimes.org/az/news/916902/ərdoğan-türkiyədə-karantin-məhdudiyyətlərinin-tədricən-ləğv-ediləcəyini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org