0
Thursday 18 February 2021 - 10:49

Ərdoğan Türkiyədə karantin məhdudiyyətlərinin tədricən ləğv ediləcəyini açıqlayıb

Story Code : 916902
Ərdoğan  Türkiyədə karantin məhdudiyyətlərinin tədricən ləğv ediləcəyini açıqlayıb
Ərdoğan tədbirlərin yumşaldılmasının mart ayında başlayacağını qeyd edib.

SalamNews -un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda Türkiyədə 21:00-dan 5:00-a qədər komendant saatı tətbiq olunur. Ölkədə gecə klubları və digər əyləncə müəssisələri bağlanıb, iaşə obyektləri yerində xidmət göstərmir.

Ərdoğanın sözlərinə görə, ölkədə yoluxma riskinə görə 4 fərqli bölgə olacaq. Hər bölgəyə uyğun olaraq qərarlar qəbul ediləcək.