QR CodeQR Code

BMT-nin Baş katibi qlobal vaksinasiyanı zəruri hesab edir

18 Feb 2021 11:01

İslamTimes: COVID-19 insanların həyatını məhv etməyə və iqtisadiyyatı sarsıtmağa davam edir. Dünya əhalisinin vaksinasiya prosesi çətin ki, dürüst və bərabər hesab edilə bilər.


Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərkən deyib.
Baş katib bildirib ki, vaksinlərin ədalətli bölüşdürülməsinin qlobal ictimaiyyət qarşısında duran əsas mənəvi vəzifədir:
"Bu gün COVID-19 əleyhinə bütün vaksinlərin 75 faizi cəmi 10 ölkənin payına düşür. Eyni zamanda, 130-dan çox ölkə vaksinlərin bir dozasını da almayıb.
Pandemiya ilə mübarizə, iqtisadiyyatın bərpası üzrə koordinasiyalı səylərin və xüsusilə qlobal vaksinasiya planının hazırlanmasının zəruridir".
BMT rəhbəri hesab edir ki, Böyük İyirmiliyə daxil olan ölkələr belə bir planın hazırlanması ilə məşğul olan fövqəladə operativ qrup yaratmalıdırlar.


Story Code: 916906

News Link :
https://www.islamtimes.org/az/news/916906/bmt-nin-baş-katibi-qlobal-vaksinasiyanı-zəruri-hesab-edir

Islam Times
  https://www.islamtimes.org