0
Thursday 18 February 2021 - 20:25

Rusiya XİN: Qarabağ dinc həyata qayıdır

Story Code : 917023
Rusiya XİN: Qarabağ dinc həyata qayıdır
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Regionda yaşayan bütün xalqların nümayəndələri arasında dialoq qurulmasına, iqtisadi və nəqliyyat bağlantılarının açılmasına dəstək verməyimiz, tarixi və mədəniyyət abidələrinin mühafizəsini təmin etməyimiz vacibdir. Əvvəla dayanıqlı sülh bərqərar olunmalıdır ki, Qarabağa qayıdacaq insanlar bu təməl üzərində həyatlarını bütün istiqamətlərdə qursunlar”, - Rusiya rəsmisi qeyd edib.