QR CodeQR Code

Hizbullahdan İsrailə ŞOK!

18 Feb 2021 20:37

İslamTimes: Hizbullah, İsrail rəsmilərinin təhdidlərinin ardından bu dövlətin bir sıra hərbi obyektlərinin havadan görüntülərini yayımlayıb.


SalamNews xəbər verir ki, bu barədə Hizbullah təşkilatının media qurumu “əl-İlam əl-Hərbi” məlumat yayıb.

Qurum İsrail rəsmilərinin təhdidlərindən sonra Fələstinin işğal edilmiş ərazilərində, şəhərlərin içində və ətrafında salınmış hərbi qərargahların havadan görüntülərini yayımlayıb və Həsən Nəsrullahın bir neçə gün öncə qarşı tərəfə ünvanladığı xəbərdarlıq mesajını yayım üzərində yerləşdirib.

Qeyd edək ki, İsrail bir neçə gün öncə şimalda hava qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirib. Hizbullah lideri Həsən Nəsrullah isə üç gün öncəki çıxışında mümkün hücumla bağlı xəbərdarlıq edib.


Story Code: 917024

News Link :
https://www.islamtimes.org/az/news/917024/hizbullahdan-israilə-şok

Islam Times
  https://www.islamtimes.org