QR CodeQR Code

İsrail: Hizbullah ilə müharibənin "ağır bədəli" var!

إسلام تايمز , 18 Feb 2021 22:52

İslamTimes: Hizbullah baş katibi Seyid Həsən Nəsrullahın İsrailə "ağılsız addım atılması" ilə bağlı xəbərdarlığı sionist rəsmilərin ciddi şəkildə nigarançılığına səbəb olub.


Hizbullah baş katibi Seyid Həsən Nəsrullahın İsrailə "ağılsız addım atılması" ilə bağlı xəbərdarlığı sionist rəsmilərin ciddi şəkildə nigarançılığına səbəb olub. İsrail rəsmiləri o qədər təşvişə düşüblər ki, Hizbullahı mövqeyindən geri oturtmaq üçün Livan xalqını təhdid etməyə başlayıblar.

"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, İsrail müdafiə naziri Beni Qantz öncəki müharibələrdə həlak olan sionist əskərlərin xatirəsinə həsr olunmuş mərasimdə çıxış edərkən Livan dövləti ilə yanaşı Livan xalqını da hədələyib.

Hizbullah Müqavimət Hərəkatının raketlərinin nəyə qadir olduğunu yaxşı anlayan Beni Qantz boş təhdidlərinə davam edərək deyib: "Əgər müharibə başlasa, ağır bədəl ödəyə bilərik. Amma qarşı tərəf də ağır bədəl ödəyəcək. Biz Hizbullaha ciddi zərbələr endirə bilərik..."


Story Code: 917061

News Link :
https://www.islamtimes.org/az/news/917061/israil-hizbullah-ilə-müharibənin-ağır-bədəli-var

Islam Times
  https://www.islamtimes.org