0
Thursday 18 February 2021 - 23:59

Əmir Abdullahian: Sanksiyalar ləğv edilməsə İran əlavə protokoldan çıxacaq!

Story Code : 917063
Əmir Abdullahian: Sanksiyalar ləğv edilməsə İran əlavə protokoldan çıxacaq!
İran Parlamentinin Beynəlxalq Məsələlər üzrə müşaviri Twitter səhifəsində yazıb: "Cəmi iki gün sonra ABŞ və üç Avropa ölkəsi üçün HBFP sazişi ilə bağlı fürsət sona çatacaq. Sanksiyaların real şəkildə (sözdə deyil) ləğvi gerçəkləşməsə, İran (NPT) konvensiyasının “Əlavə olunmuş protokol”unun icrasına rəsmi olaraq son verəcək..."

Əmir Abdullahian əlavə edib: "Sanksiyalar sözdə deyil, əməldə ləğv olunmalıdır. Bu addım atılmasa öncə də bildirdiyimiz kimi, biz əlavə protokolun icrasını dayandıracağıq. Şübhəsiz ki, bundan sonra ABŞ və üç Avropa ölkəsinin görüşlərini, xatirə fotoları çəkdirmələrini gözləyərək, boş vədlərinə ümid bağlayaraq fəaliyyətlərimizi təxirə salmayacağıq!"