0
Sunday 14 August 2011 - 12:21

Pentaqon: 332.000 amerikan əsgəri başını itirib!

Story Code : 91715
Pentaqon: 332.000 amerikan əsgəri başını itirib!
Pentaqon: 332.000 amerikan əsgəri başını itirib!
Müharibələrdə yaralanan əsgərlərinin problemləri ilə boğuşan ABŞ, İraq və Əfqanıstandan qayıdan əsgərlərinin müalicə xərclərininin öhdəsindən gələ bilmir, - abna xəbər verir. Conn Hallinan İraq və Əfqanıstanda yaralanan amerikalı əsgərlərlə bağlı yazdığı və "AlterNet" saytında yayımladığı bir yazısında birdirir ki, ABŞ hələ də İraq və Əfqanıstan müharibələrindən qaynaqlanan böyük bir psixoloji sağlamlıq problemləri ilə üz-üzədir. "Əsgərlərimizin çoxu başını itirmiş, amma bunun səbəbi sadəcə məcbur edildikləri müharibə şərtləri deyil, əslində onları məhv edən amil Amerika hökumətinin, onların astronomik rəqəmlərə çatan müalicə vəsaitlərini ödəyə bilmədiyi üçün bu xəstəlikləri və onların doğurduğu ciddi narahatlıqlara laqeyd yanaşılmasıdır!", - deyə qeyd edir.

Hallinan daha sonra qeyd edir ki, ABŞ bu gün bu problemi həll edə biləcək gücdə deyil. "Amma bu ölkə əgər sürətlə və ağılla davranmazsa, gələn illərdə psixoloji problemlərlə bağlı xidmət növlərinə dair bir epidemiya ilə mübarizə aparmaq məcburiyyətində qalacaqdır", - deyə yazar xəbərdarlıq edir.

"AlterNet"də yayımlanan sözügedən yazıya əsasən, ABŞ Müdafiə Nazirlyi (Pentaqon) rəsmi bir hesabatında bu ölkədə 2000-ci ildən bəri 332.000 əsgərin beyin problemləri olduğunu elan edib. Amma mülki ekspertlərdən bir çoxu bu sayın 400.000-i belə keçdiyi qənaətindədir.
Comment