0
Saturday 20 February 2021 - 00:00

Beynəlxalq qrup İsrail rejiminin gizli nüvə fəaliyyətini ortaya çıxardı

Story Code : 917247
Beynəlxalq qrup İsrail rejiminin gizli nüvə fəaliyyətini ortaya çıxardı
Qodsna-nın məlumatına görə, İPFM-nin yaydığı peyk şəkilləri sionist rejimin Neqab Nüvə Tədqiqat Mərkəzini (Dimona nüvə stansiyası) inkişaf etdirdiyini göstərir.

17 ölkənin nüvə alimlərindən ibarət beynəlxalq panel, Dimona nüvə stansiyasının görüntülərini dünən (18 fevral) yayımlayaraq, belə qeyd edib: “Şəkil 4 yanvar 2021-ci il tarxinə uyğundur və bu sionist rejimin həmin nüvə mərkəzini əhəmiyyətli dərəcədə inkişaf etdirdiyini göstərir. Dimona reaktorları yaxınlığında yeni inşaat işlərindən və nüvə sahəsindəki yeni zavodun inşasını göstərir.”.

Məlumata görə, Dimona nüvə stansiyasının yaxınlığında yeni tikinti işləri aparılmışdır və 140 metr uzunluğunda və 50 metr enində bir ərazi qazılmışdır və bu tikililərin mahiyyəti hələ bilinmir.

İFFM-nin bildirdiyinə görə, bu fəaliyyətlər 2018-ci ilin sonlarında yaxud 2019-cu ilin əvvəllərində başlayıb, hal-hazırda isə başa çatır və əvvəllər müşahidə olunmayıb, çünki “Google Earth” şəkillərinə görə Dimona nüvə saytının sonuncu görüntüsü 2011-ci ilə təsadüf edir.

Neqab Nüvə Tədqiqat Mərkəzi (Dimona reaktorları) 1950-ci illərdə Fransa hökuməti ilə əməkdaşlıq edilərək inşa edildi və İsrail rejiminin gizli nüvə proqramının inkişafında mühüm rol oynadı.

Amerika Alimlər Birliyinə görə, İsrail rejiminin hazırda Dimona reaktorlarında istehsal olunan plutoniumdan istifadə edərək hazırlanan təxminən 90 nüvə başlığı var. /Deyerler/