Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken məlumat verib.
O xatırladıb ki, Prezident Co Bayden vəzifəyə başladığı ilk gün – yanvarın 20-də müvafiq sərəncam imzalayıb. Dövlət katibinin sözlərinə görə, Vaşinqton iqlim dəyişiklikləri məsələlərini bütün səviyyələrdə ən mühüm danışıqlarda qaldıracaq.
İqlim üzrə Paris sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.