QR CodeQR Code

ABŞ Paris sazişinə qayıtdı

20 Feb 2021 00:18

İslamTimes: ABŞ rəsmi bildiriş verdikdən 30 gün sonra iqlim üzrə Paris sazişinə qayıdır.


Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken məlumat verib.

O xatırladıb ki, Prezident Co Bayden vəzifəyə başladığı ilk gün – yanvarın 20-də müvafiq sərəncam imzalayıb. Dövlət katibinin sözlərinə görə, Vaşinqton iqlim dəyişiklikləri məsələlərini bütün səviyyələrdə ən mühüm danışıqlarda qaldıracaq.

İqlim üzrə Paris sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

 


Story Code: 917248

News Link :
https://www.islamtimes.org/az/news/917248/abş-paris-sazişinə-qayıtdı

Islam Times
  https://www.islamtimes.org