0
Saturday 20 February 2021 - 00:44

Ayətullah Xamenei İranın öhdəliklərinə bu halda qayıdacağını bildirdi...

Story Code : 917252
Ayətullah Xamenei İranın öhdəliklərinə bu halda qayıdacağını bildirdi...
İnqilab Rəhbəri Ali Dini Lider Ayətullah Xameneinin veb saytının İnstagram səhifəsində HBFP sazişi ilə bağlı bəyanat yayımlanıb. Səhifədə yazılıb:
"İslam Respublikasının HBFP sazişindəki öhdəliklərə geri dönmək üçün şərti bütün sanksiyaların tam şəkildə ləğv edilməsi və bunun əməldə sübuta yetirilməsidir."

Daha öncə Ali Dini Lider bildirmişdi:
"HBFP sazişinin davam etməsi üçün şərt qoymaq haqqı olan tərəf İrandır! Biz öz şərtimizi bəyan da etmişik. Heç kim bu şərti nəzərə almadan addım ata bilməz. Şərtimiz budur ki, İranın HBFP sazişindəki öhdəliklərinə qayıtmasını istəyirlərsə, ilk öncə ABŞ sanksiyaları tamamilə ləğv etməlidir. Bu addım sözdə və ya kağız üzərində deyil, əməldə sübuta yetirilməlidir. Biz sanksiyaların həqiqətən qaldırıldığını görməliyik. O zaman biz də öhdəliklərə əməl edəcəyik. Bu, İslam Respublikasının qətiyyətli mövqeyi, siyasətidir. Ölkə rəsmiləri də yekdilliklə bu şərti dəstəkləyirlər və biz bu siyasətdən dönməyəcəyik!"