QR CodeQR Code

Bayden Rusiyanı ittiham etdi

20 Feb 2021 09:18

İslamTimes: ABŞ Prezidenti Co Bayden Rusiyanın Vaşinqtonun NATO müttəfiqləri ilə transatlantik tərəfdaşlığını pozmağa çalışdığını bildirib.


APA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

ABŞ lideri Rusiyanın Avropa layihəsi və NATO ittifaqını zəiflətmək, eyni zamanda transatlantik birliyi ilə bağlı qərarlarını pozmaq istədiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Kremlin ayrı-ayrı ölkələri təhdid etməsi vahid və güclü bir transatlantik ittifaqla danışıqlar aparmaqdan daha çox asandır.

Bayden ayrıca olaraq, Ukraynanın suverenliyini qorumağın vacibliyini də vurğulayıb.


Story Code: 917282

News Link :
https://www.islamtimes.org/az/news/917282/bayden-rusiyanı-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org