QR CodeQR Code

“Almaniya "Şimal Axını - 2"nin inşasının tamamlanmasına töhfə vermək niyyətindədir”

20 Feb 2021 10:03

İslamTimes: Almaniyanın Xarici İşlər naziri Heiko Maas “Şimal Axını-2” qaz kəmərinin inşası perspektivlərindən danışıb.


APA “The Pioneer” xəbər portalına istinadən xəbər verir ki, nazirin sözlərinə görə,  Almaniya səlahiyyətliləri bu layihənin tamamlanmasına töhfə vermək niyyətindədirlər.

Maas əlavə edib ki, əsas prioritet sözügedən boru kəmərinin tamamlanması üçün şərait yaratmaqdır. O, bu mövzuda digər şərhləri rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Şimal Axını 2”nin statusu ilə bağlı məsələnin “qanuna hörmət edən” şəxslər üçün qapalı olduğunu bildirmişdi.

Xatırladaq ki, “Şimal Axını 2” layihəsinin icrası ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəmərinin podratçılarına tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırılmışdı. Prezident Vladimir Putin isə 2020-ci ilin yanvarında “Şimal Axını-2”nin Rusiya qüvvələri tərəfindən tamamlanacağını, lakin inşaatın planlaşdırıldığından bir neçə ay sonra gerçəkləşəcəyini  bildirmişdi.


Story Code: 917286

News Link :
https://www.islamtimes.org/az/news/917286/almaniya-şimal-axını-2-nin-inşasının-tamamlanmasına-töhfə-vermək-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org