QR CodeQR Code

Səna: “Düşmən Məaribdə mülki insanları qalxan kimi istifadə edir”

20 Feb 2021 10:32

İslamTimes: Yəmənin İnsani Məsələlər üzrə Ali Şurası açıqlama verərək, Səudiyyə rejiminin təcavüzkar koalisiyası və muzdlularının Yəmən ordusunun və inqilabi xalq komitələrinin irəliləməsini dayandırmaq üçün Maribdəki dinc sakinləri və köçkünləri qalxan kimi istifadə etdiyini bildirib.


Yəmənin İnsani Məsələlər üzrə Ali Şurası dünən (18 fevral) axşam təcavüzkar Səudiyyə rejimi-BƏƏ koalisiyasının cinayətlərinə son qoyulmasını tələb edərək, belə deyib: “Təcavüzkar koalisiya və onun muzdluları mülki insanlardan və məcburi köçkünlərdən canlı qalxan kimi istifadə edirlər. Səudiyyə rejiminin koalisiyası və təcavüzkarların məqsədi Yəmən ordusunun və xalq komitələrinin irəliləməsini dayandırmaqdır.

Şura Əl-İslah partiyası (Yəmən İxvanı) yaraqlılarının Məarib sakinlərini canlı qalxan kimi istifadə etmələrindən və insanların keçməsi üçün təhlükəsiz dəhlizlər açmamaqda israrlı olduqlarından narahat olduğunu bildirib.

Şura, həmçinin Səudiyyə rejiminin koalisiyası və muzdlularını Məarib ətrafındakı hərbi bölgələrdəki düşərgələrdə olan mülki şəxslərin həyatını və vəziyyətlərini təhlükəyə atmaqda ittiham edib.

Şura bəyanatının sonunda belə qeyd edib: “Beynəlxalq birlik bu koalisiyanın cinayətlərini dayandırmalıdır ki, mülki əhali və köçkünlər müharibənin nəticələrindən xilas olsun və koalisiya mülki şəxslərin arxasında gizlənməsin”. /Deyerler/

 


Story Code: 917292

News Link :
https://www.islamtimes.org/az/news/917292/səna-düşmən-məaribdə-mülki-insanları-qalxan-kimi-istifadə-edir

Islam Times
  https://www.islamtimes.org