0
Saturday 20 February 2021 - 11:07

Blinken də Trampın İranla bağlı maksimum təzyiq siyasətinin nəticəsiz olduğunu etiraf etdi

Story Code : 917319
Blinken də Trampın İranla bağlı maksimum təzyiq siyasətinin nəticəsiz olduğunu etiraf etdi
ABŞ Dövlət Katibi Antoni Blinken BBC-yə verdiyi açıqlamada bildirib ki, ABŞ son illərdə İrana qarşı maksimum təzyiq siyasəti yürüdərək nəinki nəticə əldə etməyib, hətta vəziyyəti daha da pisləşdirib.

ABŞ Dövlət Katibi həmçinin Vaşinqton rəsmilərinin daha öncə səsləndirdiyi iddiaları təkrarlayaraq deyib: "İran indi nüvə silahı hazırlamaq üçün lazım olan maddəni əldə etməyə olduqca yaxındır."

Blinken bu gün ABŞ-la Avropadakı ortaqlarının İranla bağlı mövqelərinin üst-üstə düşdüyünü söyləyib.

Blinken deyib ki, yeni ABŞ prezidenti Co Bayden İranın nüvə anlaşmasındakı öhdəliklərinə qayıdacağı təqdirdə ABŞ-ın da oxşar addım atacağını söyləyib.

Qeyd edək ki, İran İslam Respublikası, HBFP sazişini Amerikanın pozaraq rəsmi Tehrana sanksiya tətbiq etdiyini yada salaraq, sazişə dönmək yolunda ilk addımı Amerikanın atmalı olduğunu təkidlə vurğulayıb.