Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Tehrana gedib
Story Code : 917355
SalamNews Ruters-ə istinadla xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Qrossi İran rəsmilərilə nüvə sazişi haqda və ölkənin nüvə fəaliyyətilə bağlı danışıqlar aparmaq məqsədilə bu gün Tehrana gedib.
Məlumata görə BAEA rəhbərliyinin gündəmə gətirmək istədiyi əsas mövzu, İranın “əlavə protokol”un icrasını dayandırmaq planıdır. Belə ki, İran ABŞ-ın sanksiyalarının qüvvədə qalmasına cavab olaraq, cari ayın 23-dən etibarən, könüllü şəkildə öhdəsinə götürdüyü “əlavə protokol”un icrasını dayandırmaq istəyir. Bu protokol, BAEA-nin müfəttişlərinin İrandakı nüvə təsisatlarına qəfil baş çəkmələri haqdadır.